Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.