• HADİSƏ

    02:57 15 mart 2021

Bakıda gənc oğlan marketdə boğazı kəsilmiş halda aşkar edilib

Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş 28 yaşlı oğlan tapılıb.

APA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.

Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.

Hadisənin təfərrüatları polislər tərəfindən araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR