Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı ilə dava edib. Qardaşı onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.