• HADİSƏ

    03:13 9 dekabr 2019

Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.

28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR