Bakının Suraxanı rayonunda 26 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb.
APA xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində baş verib.
26 yaşlı Əlizadə Zülfüqar Rafiq oğlu narkotik maddədən yüksək dozada istifadə edib. O, halı pisləşdiyindən 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.