Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
ONA-nın məlumatına görə, hadisə "Qaçqın bazarı" kimi tanınan ərazidə baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu tanışı Orxan Ağayev ilə hələlik naməlum səbəbə görə mübahisə edib.
Əlbəyaxa dava zamanı Orxan Ağayev ona 8 dəfə bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Nurlan Əli