• HADİSƏ

    06:43 8 iyun 2019

Bakıda gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb

Bakının Nizami rayonunda 29 yaşlı oğlana bıçaq xəsarəti yetirilib.

APA-nın xəbərinə görə, Babək prospektində 1990-cı il təvəllüdlü Abbasov Vüsal Şahin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abbasov Zakir Yaşar oğlunu saxlayıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR