Bakının Nəsimi rayonu ərazisində, Dəmir Yolu Vağzalının yaxınlığında bıçaqlanma hadisəsi qeydə alınıb.
ONA xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar İbrahim oğlu Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sol budun və sol qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
İlkin tibbi yardım göstərilən Anar Rəhimovin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.