Bakının Nəsimi rayonunda yol qəzası zamanı 23 yaşlı oğlan ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Göy Məscidin qarşısında baş verib
1997-ci il təvəllüdlü Əliyev Elvin Mübariz oğlu piyada zolağındam keçərkkən onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Əliyev sağ bud sümüyünün çıxığı, üz sümüklərinin sınığı və açıq kəllə beyin travması alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.