• HADİSƏ

    07:04 4 fevral 2020

Bakıda gənci avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Qurbanov Əhməd Əhliman oğlu yolu keçərkən onu Elnur Niftəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR