Bakıda qətl hadisəsi baş verib.
ONA-nın məlumatına görə, qətl martın 8-dən 9-na keçən gecə Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən yaşayış evlərinin birində törədilib.
Məlumata görə, Xırdalan şəhərində qeydiyyatda olan 25 yaşlı Cavid Həmidli kirayə qaldığı evin həyətində digər mənzildə kirayənişin olan həmyaşıdı, Göyçay rayon sakini Şəhriyar Əlizadəni bıçaqla qətlə yetirib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda C.Həmidliyə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.