• HADİSƏ

    17:55 18 mart 2019

Bakıda güclü külək binanın fasadını uçurub - FOTO

Bakıda çoxmərtəbəli yaşayış binasının fasadı uçub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Güclü külək çoxmərtəbəli yaşayış binasının fasadını uçurub. Dağıntılar binanın həyətində olan “Mitsubishi” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Nurlan Əli

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR