Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 21:50 31 Oktyabr 2019

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

"Range Rover" markalı minik avtomobili Hənifə Ələsgərov küçəsi ilə hərəkətdə olarkən "Yol ver" nişanının tələbini pozub. Nəticədə avtomobil M.Qaşqay küçəsilə hərəkətdə olan "Renault" markalı nəqliyyat vasitəsinə, daha sonra səkiyə və qaz borusuna çırpılıb. İlkin məlumata görə, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsindəki işıqfor işləməyib. Bu zaman "Range Rover" həmin yolda olan "Yol ver" nişanının tələbini pozaraq işıqfordan keçib.

Əraziyə Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR