• HADİSƏ

    02:54 10 may 2019

Bakıda hərəkətdə olan motosikletin aşması nəticəsində bir nəfər xəsarət alıb

Bakıda motosikletin aşması nəticəsində sürücü xəsarət alıb.

ONA-nın xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Əmrahov Dövlət Namə oğlu idarə etdiyi motosikleti aşırıb. Hadisə nəticəsində o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR