Bakıda külli miqdarda kələm oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıb.