• HADİSƏ

    18:36 13 mart 2019

Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR