• HADİSƏ

    22:18 15 iyun 2020

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR