• HADİSƏ

    23:49 18 dekabr 2019

Bakıda idarəetmədən çıxan avtomobil iki minik maşınını əzib, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, "Lexus" markalı avtomobil prospektlə hərəkətdə olan zaman əvvəlcə "Opel" markalı avtomobilə dəyib və istiqamətini dəyişərək "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. "Lexus"un sürücüsü isə hadisə yerindən yayınıb.

Yol qəzasının təfərrüatlarını rayon polisi araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR