• HADİSƏ

    02:51 11 sentyabr 2019

Bakıda idarəetməni itirən sürücü digər yola çıxaraq qəza törədib - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.

APA xəbər verir ki, Nuri Samir İlyas oğlu idarə etdiyi 99 KA 222 dövlət nömrə nişanlı "Hundai" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı beton arakəsməyə çırpılaraq yan yola aşıb. Nəticədə əks tərəfdə hərəkətdə olan Məmmədov Zaur Rasim oğlunun idarə etdiyi "Volkswagen Passat" markalı avtomaşına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər deformasiyaya uğrayıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub.
İdarədən bildirilib ki, ilkin məlumata görə, hadisə "Hundai" markalı avtomobilin yolda yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR