Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb
  • HADİSƏ

  • 00:33 18 Noyabr 2019

Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA xəbər verir ki, Kürdəxanıdakı “Qaçqınlar şəhərciyi”ndə məskunlaşan 1983-cü il təvəllüdlü Nəbiyev Elmin Niftalı oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına nəqliyyat vasitəsi çıxıb.

E.Nəbiyev toqquşmanın baş verməməsi üçün avtomobili kənara çəkməyə çalışan zaman idarəetməni itirərək qəza törədib.

Nəticədə xəsarət alan E.Nəbiyev xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR