• HADİSƏ

    09:10 22 mart 2020

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR