• HADİSƏ

    02:17 24 sentyabr 2019

Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, 90 KF 906 dövlət nömrəli "Opel Astra" markalı avtomobil A.Bakıxanov küçəsində hərəkətdə olarkən Azadlıq prospektilə gedən və Cəfərli Nail Fəxri oğlunun idarə etdiyi 99 RD 520 dövlət qeydiyyatlı "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Opel" markalı avtomobil səkiyə dəyərək dayanıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR