• HADİSƏ

    11:11 4 aprel 2019

Bakıda iki avtomobil toqquşub, maşınlardan biri səkiyə çıxıb - FOTO

Paytaxtın Sabunçu rayonunda iki avtomobil toqquşub.

ONA-nın məlumatına görə, Bakıxanov qəsəbəsi, Uşaq Əyləncə Mərkəzinin qarşısında iki avtomobilin iştirakıyla yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı idarəetməni itirən “Mercedes ML” markalı avtomobil səkiyə çıxıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR