Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, avtoqəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Məlum olub ki, “Nissan” markalı avtomobil H.Əliyev küçəsi ilə, “Mercedes” markalı avtomobil isə Azadlıq prospekti ilə hərəkətdə olub. İdarəetmədən çıxan “Nissan”ın “Mercedes”ə çırpılması nəticəsində birincinin Türkiyə vətəndaşı olan sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Yol qəzasının təfərrüatları araşdırılır.