Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yaralanıb.
ONA-nın məlumatına görə, qəza Həsən Əliyev küçəsində baş verib.
Belə ki, "Hyundai" markalı avtomobilin xanım sürücüsü "dönmə qadağandır" nişanının tələbini pozub. Bu zaman onun avtomobili əks yolda hərəkət edən "Volkswagen" markalı nəqliyyat vasitəsinin sağ hissəsinə çırpılıb. Zərbənin gücündən "Volkswagen" səkiyə dəyib. Nəticədə xanım sürücü xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.