Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 04:02 20 Yanvar 2021

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.

ONA xəbər verir ki, hadisə Səməd Vurğun və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Səməd Vurğun küçəsi ilə hərəkətdə olan zaman "Revon" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes"də olan sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR