• HADİSƏ

    05:35 23 fevral 2020

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı sərnişin ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi dairədə baş verib.

İşıqforun qırmızı işığında "Ravon" markalı avtomobilə "Opel" markalı nəqliyyat vasitəsi çırpılıb. Nəticədə "Ravon"da olan xanım sərnişin ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR