• HADİSƏ

    08:10 5 mart 2020

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO


Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Şamil Əzizbəyli küçəsi ilə İslam Səfərli küçələrinin kəsişməsində qeydə alınıb.

Şamil Əzizbəyli küçəsi ilə hərəkətdə olan “AzSamand” markalı avtomobil əsas yolda hərəkətdə olan “VAZ 2107” markalı nəqliyyat vasitəsilə toqquşub.

“VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR