• HADİSƏ

    01:06 6 mart 2020

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, Məmmədov Ramiz Mansur oğlu idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozub və avtomobili "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb. "Jiquli" daha sonra aşıb.

Nəticədə "VAZ 2107"-də olan sərnişin - körpə uşaq və orta yaşlı kişi xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR