Bakının Suraxanı rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsi yaxınlığında qeydə alınıb.
1999-cu il təvəllüdlü Nahid Hüseynov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman onun avtomobili əks yolda olan "Renault" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Chery"nin sürücüsü N.Hüseynov və sərnişin - 1999-cu il təvəllüdlü Məcidli Mehman Pərviz oğlu ağır bədən xəsarətləri alıb.
Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.