Bakının Sabunçu rayonunda qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.
Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.
Həkimlərin APA-ya verdiyi məlumata görə, qadının vəziyyəti ağır qiymətləndirilir.