• HADİSƏ

    06:27 1 fevral 2021

Bakıda iki nəfəri avtomobil vurub

Bakənən Yasamal və Suraxanı rayonlarında piyada vurulması ilə nəticələnən yol qəzaları baş verib.

APA xəbər verir ki, hadisələrə səbəb piyadaların onlar üçün ayrılmış zolaqdan istifadə etməməsi olub.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1997-ci il təvəllüdlü Əhmədova Nuranə Taleh qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Analoji hadisə Suraxanı rayonunda da baş verib. 1985-ci il təvəllüdlü Rzayev Şəhradan Vəli oğlunu nəqliyyat vasitəsi vurub. O, sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki fakta hüquqi qiymət verilməsi üçün Yasamal və Suraxanı Rayon Polis İdarələrində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR