• HADİSƏ

    06:06 13 aprel 2019

Bakıda iki nəfərlə dava edən şəxsə 3 bıçaq xəsarəti yetirilib

Bakı sakini dava zamanı bıçaqlanıb. Hadisə Binəqədi rayonunda baş verib.

ONA-nın məlumatına görə, 8-ci mikrorayonda qeydə alınmış hadisə zamanı 1971-ci il təvəllüdlü Alman Tərlan Mirəhməd oğlu iki nəfərlə dava edib. O, dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, onun bədəninə 3 bıçaq xəsarəti yetirilib.

Fakt Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən araşdırılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR