Bakıda iki qadını avtomobil vurub
  • HADİSƏ

  • 00:19 12 Mart 2021

Bakıda iki qadını avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.

Yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Quliyeva Validə Halay qızı və 1964-cü il təvəllüdlü Rzayeva Mehbarə İbrahim qızını avtomobil vurub. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR