Bakının Suraxanı rayonunda iki nəfəri avtomobil vurub.
APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.
1955-ci il təvəllüdlü Səmədov Şamil Böyükağa oğlu və onun qonşusu, 1958-ci il təvəllüdlü Nərimanov Oktay Məmməd oğlu yolu keçərkən hər ikisini avtomobil vurub. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkimi Mərdəli Hacıyevin APA-ya verdiyi məlumata görə, Ş.Səmədovun vəziyyəti ağır olduğundan xəstəxanın Reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.