Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliiyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda, metronun “20 Yanvar” stansiyasının yaxınlığında 1 nəfər körpünün üzərinə çıxıb boynuna ip dolayaraq intihar etmək istəyini nümayiş etdirib.
Dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.