Bakıda İran vətəndaşı öz mağazasında qarət edilib.
ONA-nın məlumatına görə, İran İslam Respublikasının vətəndaşı, 1965-ci il təvəllüdlü Əmir Musəvi Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, fevralın 25-də saat 17 radələrində rayon ərazisində fəaliyyət göstərən, özünə məxsus “İran məhsulları” mağazasından “Samsung S-9” markalı telefonunun oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.