• HADİSƏ

    06:25 9 iyul 2020

Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Babək prospektində baş verib.

“Mercedes” markalı yük avtomobilinin sürücüsü Vidadi Hüseynov işıqforun qırmızı işığında dayanıb. Vüqar Abdullayev idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsilə yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan 3 qadın xəsarət alıb. Hər iki sürücü APA-ya bildirib ki, hadisə vaxtı yolun sağ tərəfində işıqfor işlək vəziyyətdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR