• HADİSƏ

    23:25 25 iyul 2020

Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Füzuli və S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Elnur Nəsirlinin idarə etdiyi "Toyota" markalı minik avtomobili Füzuli küçəsində hərəkətdə olan zaman S.Vurğun küçəsi ilə hərəkət edən "Changan" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Toyota"nın sürücüsünün APA-ya verdiyi məlumata görə, "Changan"ı idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçib və "Toyota"ya çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR