Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.
ONA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.