• HADİSƏ

    06:19 9 iyun 2019

Bakıda kafe yanıb - FOTO- VİDEO

Bakının Yasamal rayonunda kafedə yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Şərifzadə küçəsində yerləşən iaşə obyektində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 8 yanğınsöndürən texnikası və 1 təcili yardım maşını cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, hadisəyə səbəb elektrik qısaqapanması olub.

Sözügedən obyektdə dağıntıların olduğu müşahidə edilib. Dəymiş ziyanın mqdarı barədə dəqiq məlumat verilməyib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR