Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb - [color=red]HADİSƏ ANI[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 23:55 10 Dekabr 2019

Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb - HADİSƏ ANI - VİDEO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR