• HADİSƏ

    01:20 25 dekabr 2019

Bakıda keçmiş məhkum yaxınları tərəfindən bıçaqlanıb

Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib.

1978-ci il təvəllüdlü Xankişiyev Vüqar Əlibxan oğlu qohumları ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Fakt Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırılır. Yasamal RPİ-dən verilən məlumata görə, V.Xankişiyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə əvvəllər məhkum olunub.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR