Kənar dairəvi yolda baş verən qəzada ölən və yaralananlar var.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı beton səddə çırpılan maşının 65-68 yaşlı sürücüsü dünyasını dəyişib, 2 qadın və 1 kişi isə müxtəlif travmalarla Kliniki Tibbi Mərkəzə gətirilib.
Qeyd edək ki, kənar dairəvi yolda minik avtomobili beton səddə çırpılıb. Onun ardınca gələn Sprinter markalı avtomobil də minik avtomobilinə dəyib. Beton səddə dəyən minik avtomobilində tüstülənmə baş verib.
* * *
Saat 13:33
Kənar dairəvi yolda 2 avtomobilin iştirakı ilə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
ONA-nın məlumatına görə, avtomobillərdən biri toqquşmadan sonra dəmir arakəsmələrə çırpılıb və mühərrikdə tüstülənmə baş verib. Qəza zamanı ağır xəsarət alanların olduğu bildirilir. Yaralılar xəstəxanaya aparılıb.
Saat 12:57
***
Bakıda kənar dairəvi yolda ağır qəza baş verib.
ONA-nın məlumatına görə, 2 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində maşınlardan birində tüstülənmə olub.
Qəza ilə bağlı yolun bir hissəsində tıxac qeydə alınıb.