Bakının Sabunçu rayonunda "KİA” markalı minik avtomobili maneəyə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.