Səhiyyə Nazirliyi Maştağada əri tərəfindən döyülən və sonradan üstünə benzin təkülərək yandırılan qadının durumunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun ONA-ya verdiyi xəbərə görə, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.
***
13:56
Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
ONA xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.
Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.