• HADİSƏ

    12:00 10 iyun 2019

Bakıda həyat yoldaşı tərəfindən boğazı kəsilən tibb bacısı ölüb - YENİLƏNİB

Bakıda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən tibb bacısı Xavər İbrahimova reanimasiya şöbəsində ölüb.

Bu barədə APA-ya xəstəxanadan bildirilib.

Faktla bağlı araşdırma davam edir.

10.33

Bakıda ər arvadına xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR