Bakının Yasamal rayonunda 34 yaşlı kişi bədbəxt hadisə zamanı ağır xəsarət alıb.
ONA xəbər verir ki, hadisə 2-ci Alatava yaşayış massivində baş verib.
1986-cı il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu yaşadığı evin damına çıxaraq antenanı düzəltmək istəyib. Bu zaman o, yerə yıxılıb. Yaralı ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.