Bakının Sabunçu rayonunda meyit tapılıb.
APA xəbər verir ki, 1962-ci il təvəllüdlü Eldar İsgəndərovun meyiti Maştağa qəsəbəsində aşkar olunub.
Hadisənin təfərrüatlarını Sabunçu Prokurorluğu araşdırır. Meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin olmadığı deyilir.