Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Əsgərov Pərviz Rafiq oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.